Bakıda mağazadan səkkiz min manatlıq paltar oğurlandı

  • By admin
  • 07 Dekabr 2022 19:09

Bakıda geyim mağazası qarət olunub.

Gununsesi.info bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan E.Əlimuradovun və H.İsmayılovun daha bir cinayəti üzə çıxıb.

Belə ki, onların bir mağazadan 950 manat pul və 8000 manat dəyərində geyim əşyaları oğurlamaları da müəyyən olunub.

Gununsesi.info