
Bakı şəhərinin Binəqədi rayonunda velosiped sürən gənci avtobus vurub öldürüb.
Gununsesi.org xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.
91 nömrəli marşrut avtobusu təxminən 20-22 yaşlarında olan, hələlik şəxsiyyəti məlum olmayan gənci vuraraq öldürüb.
Hadisə şahidlərinin sözlərinə görə, gənc velosipedlə yolu keçmək istəyirmiş. O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.












