Bakıda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdü

  • By admin
  • 17 Sentyabr 2019 22:39

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org Qafqaz.info-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızı “Gənclik” metrostansiyası yaxınlığında yolu keçərkən “Maserati” markalı “10-XE-011” dövlət qeydiyyat nişanlı avtomobil vurub.

HTML tutorial

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Qafqazinfo” sözügedən avtomobillə bağlı fotoları əldə edib. Avtomobilin Elvin adlı şəxsə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


 

Gununsesi.org