Bakıda maşın 60 yaşlı qadını vuraraq öldürdü

  • Müəllif: Firuzə
  • 14 Sentyabr 2026 10:37
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Elnur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə hərəkətdə olarkən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info