Bakıda ağır yol–nəqliyyat hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Fəhlə prospektində qeydə alınıb.
Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində 30-35 yaşlı qadın piyada “Hyundai” markalı avtomobillə vurulub. Çox böyük sürətlə hərəkət edən minik maşını qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Nəticədə qadının meyiti iki yerə parçalanıb.
Qəza nəticəsində dünyasını dəyişən qadının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Onun hadisə yerində olan çantasından Sevda Nəsirovaya məxsus bank kartı aşkarlanıb. Kartın dünyasını dəyişən qadına məxsus olub–olmadığı dəqiqləşdirilir.
Sürücüyə gəlincə, gənc kişinin avtomobili sənədsiz idarə etdiyi bildirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəyə səbəb olan sürücü saxlanılıb.
Gununsesi.info