Bakıda maşın qarajla birlikdə yanıb

  • By admin
  • 05 İyul 2017 15:09

yangin_237576

Bakıda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 12 m2 olan dəmir qarajın içərisində olan məişət əşyaları və yaxınlıqda 30 m2 sahədə quru ot, yanıb.

Qarajın içərisində olan “Hyundai” markalı minik avtomobilinin arxa hissəsi yüksək temperaturdan əriyib. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın saat 12:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info