Bakıda maşını arxa-arxaya sürən 20 yaşlı tələbə Maştağadakı ruhi əsəb dispanserinə yerləşdirilib

  • By admin
  • 11 Aprel 2023 14:51

Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçmağa çalışan, daha sonra isə yol-nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü barədə yeni xəbər var. Ötən gün həmin gənc oğlan Rauf Cabbarbəylinin məhkəməsi baş tutub.

Baku.ws-in əldə etdiyi məlumata görə, sürücü məhkəmənin qərarı ilə Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Onun psixoloji problemləri olduğundan bu addım atılıb və nəticədə sürücüyə həbs cəzası verilməyib.

Qeyd edək ki, Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin üçüncü kurs tələbəsidir. O, bir neçə gün əvvəl avtomobili arxa-arxaya idarə edərək qalmaqala səbəb olub.

Gununsesi.info