Bakıda “McDonalds”da oğurluq hadisəsi baş verdi

Bakıda yerləşən “McDonalds” restoranlar şəbəkəsinin Nərimanov metrostansiyasının yaxınlığında yerləşən filialında oğurluq halı baş verib.

Gununsesi.org-un verdiyi xəbərə görə, restorana yemək almaq üçün gələn müştəri Ləman Tarverdiyeva çantasını masanın üzərində qoyaraq kassaya yaxınlaşıb. Bu zaman onun çantası oğurlanıb. 

L.Tarverdiyeva bildirib ki, çantasında sənədləri, maşının açarı və 200 manat pul olub. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org