Bakıda MDB-nin Qərargah Rəisləri Komitəsinin iclası keçirilir  - FOTO

  • By admin
  • 12 Oktyabr 2022 11:45

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Gununsesi.info