Bakıda metroda rəsm çəkən Fransa vətəndaşına hökm oxundu

  • By admin
  • 16 Sentyabr 2024 12:00

Bugün  Nərimanov Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq) və 186.2.2. (Əmlakı qəsdən məhv etmə və zədələmə)maddələri ilə təqsirləndirilən grafitti rəssamları Fransa Respublikasının vətəndaşı Clerc Theo Hugo, Yeni Zelandiya Dövlətinin vətəndaşı De-Saint Quentin İsmaelin və Avstraliya İttifaqının vətəndaşı Han Paulun barəsində ittiham hökmü çıxarıb.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmə metronun üzərinə qraffiti rəsmi çəkilməsini  xuliqanlıq və ağır nəticələrə səbəb özgə əmlakını zədələmə kimi qiymətləndirib.

Zədələməni qatarın xəttən çıxması ilə əlaqələndirən məhkəmə Fransa vətəndaşını 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Məhkəmənin hökmü ilə digərlər şəxslər isə 6800 manat cərimə cəzası ilə cəzalandırılıb.

 

Gununsesi.info-ya açıqlamasında vəkil Elçin Sadıqov deyib ki, bu qərar ədalətsiz olub.

“Halbuki, zərər də tam ödənilmişdi və ilk dəfə idi ki, zərərin içərisinə əldən çıxmış fayda, yəni qatarın işləmədiyi vaxta görə əldə ediləcək gəlir də  əlavə edilmişdi. Yəni zərər tam ödənilmişdi. Təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hallar içində mülliyyətlərindən başqa heç bir fərq yox idi”.

 

Elçin Sadıqov qərardan apellyasiya şikayəti verəcəyini deyib.

Onu da qeyd edək ki, Fransa hökuməti bu həbsi iki ölkə arasında yaşanan gərginliyin nəticəsi kimi qiymətləndirib.

Azərbaycan tərəfi isə bu iddiaları rədd edib.

 

Onu da qeyd  edək ki, ötən  ay Clerc Theo Hugo Prezident İlham Əliyevə bağışlanılması üçün müraciət edib:

“Şuşa tarixi ilə bağlı sizin çıxışlarınızı və müsahibələrinizi də dinləmişəm. Mən başqa bir kitabda erməni transmilli terrorizmi, dağıntılar və törətdikləri bütün vəhşiliklər haqqında öyrənmişəm. İndi başa düşürəm ki, mənim rəsmim insanların beynində qorxulu fikirlər oyandırıb. Mən buna görə utanıram və həqiqətən təəssüflənirəm. Mən siyasi şəxs deyiləm, humanist və sülhsevər insanam. Mən heç vaxt zorakılıq etməmişəm və heç kimə zərər verməmişəm”. 

Afət

Gununsesi.info