Bakıda metroda texniki nasazlıq yaranıb, sərnişinlər qatardan boşaldılıb

  • By admin
  • 02 Yanvar 2020 19:25

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

Gununsesi.org-un“Report”-a istinadən verdiyi məlumata görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

“Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

“İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  faktı təsdiq edib. Onun sözlərinə görə, nasazlıq aşkar edilən qatar depoya yola salınıb:

“Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bütün bunlar isə qatarların hərəkət qrafikinə təsir etməyib”.

 

Gununsesi.org