
Bu ilin ilk 5 ayı ərzində metro nəqliyyatından 56 milyon 158,1 min sərnişin istifadə edib.
Gununsesi.org xəbər verir ki, Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, metro nəqliyyatından yanvar ayında 19 milyon 578,8 min sərnişin, fevral ayında 19 milyon 307,3 min sərnişin, mart ayında 11 milyon 968,9 min sərnişin, may ayında isə 5 milyon 303,1 min sərnişin metroda istifadə edib.
Onu da bildirək ki, koronavirus pandeniyası səbəbindən martın 24-dən metronun iş vaxı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib. Daha sonra – mart ayının 31-dən may ayının 9-a kimi metronun fəaliyyəti tamamilə dayandırılıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar -may ayında metrodan 98 milyon 556,8 min sərnişin, may ayında isə 21 milyon 415 sərnişin istifadə edib.
Açıqlanan nəticələrdən belə görünür ki, ötən ilin may ayında gün ərzində orta hesabla 691 min sərnişin, bu ilin may ayı ərzində isə gündəlik orta hesabla 231 min sərnişin metrodan istifadə edib.