Bakıda metronun qarşısında avtomobil belə aşdı - VİDEO

  • By admin
  • 15 Sentyabr 2021 16:21

Ötən gün Bakı şəhərinin Nizami rayonu ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Milli Gimnastika Arenasının qarşısında – metronun “Koroğlu” stansiyasının qarşısında 2 minik avtomobili toqquşub. Zərbənin gücündən avtomobillərdən biri aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, avtomobillər yarasız vəziyyətə düşüb.

Qəza yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Gununsesi.info