Bakıda meyitləri tapılan 4 nəfər bazarda işləyirmiş - YENİLƏNİB - CANLI YAYIM + FOTO

Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərləndiyi ehtimal edilir.

Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, meyitlər bu gün aşkarlansalar da, bir neçə gün bağlı qapılar arxasında qalıblar.

Həmin şəxslərin meyitini kirayə qaldıqları evin sahibi aşkarlayıb.

Ölənlərin kimliyi məlum deyil.

Həyətdə yaşayan sakinlər bildiriblər ki, onlar yaxınlıqda bazarda işləyən şəxslərdir.

12:46

Baku TV-nin çəkiliş qrupu paytaxtın Nərimanov rayonunda dörd nəfərin meyitinin aşkarlandığı əraziyə yollanıb.

Canlı yayımı təqdim edirik:

12:08

Bakıda mənzildən dörd nəfərin meyiti aşkarlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində baş verib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Həmin şəxslər evdə kirayə qalırmışlar.

Gununsesi.info