Bakıda minik avtomobili yanıb

  • By admin
  • 22 Fevral 2018 08:45

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb və yüksək temperaturdan yaxınlıqda olan “Mercedes” markalı minik avtomobilinin arxa hissəsi qismən qarsalanıb.

Gununsesi.info