Bakıda motosiklet yüksək sürətlə piyadanı vurub

  • By admin
  • 07 İyul 2018 11:05

Картинки по запросу motosiklet yüksək sürətlə piyadanı vurub

Paytaxtın Nərimanov rayonunda 1 nəfər qəza nəticəsində xəsarət alıb.

Yol qəzası motosiklet sürücüsünün kobud qayda pozuntularına yol verməsi səbəbindən baş verib.

“10-B-538” qeydiyyat nişanlı motosiklet yol hərəkəti qaydalarını pozaraq sürət həddini aşıb. Atatürk prospektində nəqliyyat vasitələrinin az olmasından istifadə edən 1975-ci il təvəllüdlü Osmanov Hafiz Qəhrəman oğlu piyada keçidindən keçərkən parkdan yola daxil olan motosiklet onu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info