Bakıda müəllim adına rəzalət -VALİDEYNLƏR QULAĞINA SIRĞA, BARMAĞINA ÜZÜK TAXDI/ VİDEO-YENİLƏNDİ

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.

Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, – idarədən qeyd edilib.

11:13

Bakı şəhərinin məktəblərinin birindən sensasion video görüntü paylaşılıb.

Gununsesi.info bildirir ki, 4-cü sinif şagirdlərinin gözü qarşısında valideyn səhnədə  müəllimin qulağına qızıl sırğa, barmağına qızıl üzük taxır.
Toy-nişan mərasimindəki gəlin kimi nazlanan müəllimənin valideynlərdən pul yığıb özünə qızıl alması azmış kimi, hələ şagirdlərinin gözü qarşısında bu qızılları qulağına, barmağına taxdırır, körpə fidanların tərbiyəsini, dünya görüşünü pozur.

Qeyd edək ki, valideynlər tərəfindən özünə qızıl aldıran Xırdalan 1 saylı məktəbin 4-cü sinfin müəlliməsi Yaqut Ağabalayevadır.

Onun bu hərəkətləri sosial şəbəkələrdə sərt tənqidlərə səbəb olub.

Gununsesi.info