
104 saylı məktəbdə müəllim şagirdi döyüb.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Bakının Suraxanı rayonunda yerləşən C orta məktəbdə baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, bununla bağlı mmüəllim tərəfindən döyülən uşağın valideynindən şikayət daxil olub.
Verilən məlumatda bildirilir ki, şagirdin atası Tanrıverdi Nəcəfov Suraxanı RPİ-yə etdiyi müraciətdə bildirib ki, 2006-cı il doğumlu oğlu F.N. təhsil aldığı Suraxanı rayonu 104 saylı tam orta məktəbdə İradə adlı müəllimi tərəfindən döyülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info