Bakıda müdirdir, amma rayonda yaşayır - HACIBALA ABUTALIBOVUN DOĞUM GÜNÜDÜR

Bu gün H.Abutalıbovun ad günüdür. O, 17 il Bakı şəhərinin İH-nin başçısı olub. Bakını çox sevdiyini daima vurğulayan Hacıbala müəllim, bizi tıxaca düçar edib, özü İlisuda yaşayır.

Amma bu ona Milli Elmlər Akademiyanın Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri olmağa mane olmur. Qeyd edim ki, H.Abutalıbov 1988-ci ildən MEA-da bu vəzifəni tutur.

Yəni başçı olanda da laboratoriya müdiri olub. Bir dəfə ANS-in aparıcısı “Nəzər nöqtəsi”nin qonağı olan (2003-cü ilin sonları) Abutalıbova dedi ki, ekspertlərin fikirincə Bakıda mənzillərin qiyməti yüksək məbləğdə alınan rüşvətə görə belə bahadır.

Onun cavabı belə oldu: “Yalandır. Əmin olun, elə də yüksək deyil”.

Hamımız Hacıbala müəllimi Ordubadlı kimi tanıyırıq, amma o, Türkmənistanda anadan olub.

 

 

Samir

Gununsesi.info