
Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.
Qeyd edək ki, Rəsmiyyə Bakılı Bakıətrafı kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.