Bakıda nənə və nəvə dəm qazından zəhərlənib 1 NƏFƏR ÖLÜB

  • By admin
  • 28 Noyabr 2016 10:00

demqazi

Bakıda nənə və nəvə dəm qazından zəhərlənib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 50 yaşlı Səmayə Nəsirova yaşadığı evin hamamında nəvəsi, 6 yaşlı Nərmin Məmmədovanı çimizdirərkən hər ikisi dəm qazından zəhərlənib. S. Nəsirova boğularaq ölüb, N. Məmmədova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info