Bakıda nənəsi ilə yolu keçən az yaşlı uşağı avtomobil vurub

  • By ilhame
  • 30 Mart 2024 22:18

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, Xətai rayonunda nənəsi ilə yolu keçən 2019-cu il təvəllüdlü Vəliyev Amil Emil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info