Bakıda nəqliyyat vasitələrinin cərimələnməsinə başlandı: 50 minə yaxın… – RƏSMİ AÇIQLAMA

  • By arzu
  • 04 May 2020 18:25
“Xüsusi karantin rejimi dövründə 48295 nəqliyyat vasitəsi cərimələnib”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, 1 maydan cərimə proseduruna başlanmasının səbəbi nəqliyyat vasitələrinin xaotik dayanmasının sıxlığa səbəb olmasıdır:
“Nəticədə, məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.

 

Gununsesi.org