Bakıda narkotiklə tutulan şəxsin 18 il əvvəl qətl törətdiyi məlum olub

  • By admin
  • 17 Dekabr 2021 12:10

Bakıda 18 il əvvəl törədilən cinayətin üstü açılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilən cinayət əməlinin üstü açılıb.

Belə ki, DİN əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.

Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.

Gununsesi.info