Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

  • By admin
  • 11 Oktyabr 2016 16:55

nato-1
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikasında “Maddi-Texniki Təminatın Əsasları” mövzusunda seminar keçirilir.

Gununsesi.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-Texniki Təminatın əsasları”, “Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.

HTML tutorial

Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

nato-2

Anar

Gununsesi.info