Bakıda NATO-nun təhsil ekspertlərinin işçi görüşləri keçirilir

  • By admin
  • 19 Sentyabr 2017 13:56

17
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertləri arasında işçi görüşləri keçirilir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi, tədris müəssisələrində xarici dil tədrisi ilə məşğul olan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat vermək, qarşılıqlı fikir mübadiləsi aparmaq, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdən ibarətdir.

İşçi görüşlər sentyabrın 22-dək davam edəcək.

Anar

Gununsesi.info