Bakıda nazirlər üçün nahar - FOTOLAR

  • By admin
  • 05 İyul 2023 14:12

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş nahar təşkil olunub.

Gununsesi.info xəbər verir ki, toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Tədbirə Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər ölkələrin nümayəndə heyətləri də qatılıb.

Hakan Fidan bildirib ki, Azərbaycanın digər ölkələrlə beynəlxalq əlaqələrin qurulmasında ümumilli lider Heydər Əliyevin böyük rolu olub: “Onun qurduğu əlaqələr bu gün də özünü yüksək səviyyədə göstərir. Eyni zamanda, bu gün onun yaratdığı əlaqələri Prezident İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyevin dövründə başlanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə yüksək səviyyəyə qaldırılıb”.

 

Gununsesi.info