Bakıda növbəti beynəlxalq toplantı keçiriləcək

  • By admin
  • 08 İyun 2016 17:09

Baku

İyunun 9-da Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirləcək. Bu barədə Gununsesi.info-ya Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumatda bildirlir ki, sabah Bakıda dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası və DYƏT-in 60 illik yubileyinə həsr olunmuş iclas keçiriləcək. Artıq Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçivəsində işçi qruplarının iclasları keçirilir. Qeyd edək ki, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir. DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür. DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir. DYƏT-in işçi orqanları Komissiyalar, bundan başqa DYƏT-in daimi işçi qrupları da vardır. Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.

HTML tutorial