Bakıda növbəti metro stansiyası nə vaxt açılacaq?

  • By admin
  • 31 Avqust 2016 12:06

metro

“Metronun “Papanin” adlanan ərazisindətikilməkdə olan stansiyası 2018-ci ildə təhvil veriləcək”.

Gununsesi.info-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, B3 bənövşəyi xəttin növbəti stansiyasıdır: “Bu stansiya 2018-ci ildə Ceyhun Səlimov (Papanin adlanan ərazi) ətrafında açılacaq. Hazırda həmin stansiyada tikinti işləri davam edir”.

Qeyd edək ki, Bakı Metropoliteni 2030-cu ildə 5 xətt üzrə 76 stansiya və 5 elektrik deposundan ibarət olacaq.

Anar

Gununsesi.info