Bakıda nurçulara qarşı əməliyyat - 4 NƏFƏR SAXLANILDI

  • By admin
  • 24 Oktyabr 2016 09:30

nurcu1

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində  “Nurçu”lara qarşı əməliyyat keçiriblər. 

Gununsesi.info-nun xəbərinə görə, hüquq-mühafizə orqanlarının həyata keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü ildoğumlu  Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı R.Həmidova məxsus evdən  Azərbaycanda  təbliği və yayımı qanunla qadağan edilən 159 kitab və 9  jurnal aşkarlanıb.

Eyni zamanda aparılan əməlyyyat zamanı sözügedən rayonun Lökbatan qəsəbəsində isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan  15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.

Belə ki, daxil olan məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğun  təbliğiylə məşğuluymuşlar.

Gülnaz Qənbərli

Gununsesi.info