Bakıda obyektdə yanğın başlayıb

  • Müəllif: Firuzə
  • 11 İyun 2026 11:22

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığnda yerləşən obyektdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info