Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları mülkiyyət əleyhinə olan, xüsusən oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Gununsesi.info xəbər verir ki, rayon ərazisində fərdi yaşayış evlərindən pul, qızıl zinət əşyaları və televizorlar oğurlayan əvvəllər məhkum olunan Qaradağ rayon sakini Səbuhi Qasımov və Göygöl rayon sakini Yəhya Əmirov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Səbuhi Qasımov və Yəhya Əmirov əldə etdikləri televizorları və digər qiymətli əşyaları müxtəlif onlayn alış-veriş saytlarında satışa çıxarıblar.
Qeyd edilən faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hazırda dəstə üzvlərinin paytaxt ərazisində başqa analoji cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.
Gununsesi.info