Abşeronda gənc istədiyi qızı almadığı üçün anasını öldürüb? - VİDEO/YENİLƏNDİ

Xırdalanda oğulun anasını istədiyi qızı ona almadığı üçün öldürdüyü iddia olunur.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı hadisəni törədən Orxan Hüseynzadənin atası işdə, bacısı isə Bakıda olub.

HTML tutorial

Qeyd edək ki, oğlu tərəfindən qətlə yetirilən 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadə Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən məktəblərin birində müəllim işləyirmiş.

Daha ətraflı Baku TV-nin süjetində:

09:19

Fevralın 19-da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974-cü il təvəllüdlü Mehriban Hüseynzadənin xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info