Bakıda oğul atasını qətlə yetirdi

  • Müəllif: Ayshan
  • 11 Dekabr 2025 22:41

Bakıda 44 yaşlı kişi qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və o aldığı yaralardan ölüb.

Şübhəli qismində mərhumun oğlu Ayxan Vəlizadə saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info