Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

15 Fevral 2018 - 16:18

Bakıda oğurlanan maşın Şirvanda tutuldu
Bakıda oğurlanan avtomobil Şirvan şəhərində tapılıb.
Gununsesi.info xəbər verir ki,  bu barədə report-a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Belə ki, bu gün səhər saat 08:42 radələrində şəhər sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək “VAZ-2106” markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil saat 08:56 radələrində-vətəndaşın müraciətindən cəmi 14 dəqiqə sonra şəhərin H.Əliyev prospektində sürücü ilə birlikdə saxlanılaraq Şöbəyə gətirilib.
Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhəri Xətai rayon sakini 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də ilkin araşdırma aparılır.
Gununsesi.info