Bakıda oğurluğa cəhdin qarşısı alınıb

  • By admin
  • 19 Sentyabr 2016 15:30

ogru

Bakıda oğurluğa cəhdin qarşısı alınıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Mühafizə polisinin əməkdaşları cinayətkarları iş başında yaxalayıblar. Hadisə ötən gecə  saat 02:44 radələrində Nizami rayonu, Rüstəmov küçəsi, ev 9 ünvanında yerləşən supermarketdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları 2 dəqiqə ərzində hadisə yerinə çatıblar. Bu zaman onlar obyektin ön vitrin şüşəsinin sındırıldığını aşkar ediblər. Rayon mühafizə polisinin operativliyi nəticəsində hadisə yerində oğurluğa cəhd göstərən, Bakı şəhər sakinləri, 35 yaşlı  Verdiyev Arif İsgəndər oğlu, 30 yaşlı Zahirov Emin Seyidəhməd oğlu və Gəncə şəhər sakini 45 yaşlı Əhmədov Bahadur Əhməd oğlu saxlanılaraq ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsində araşdırma aparılır.

Gununsesi.info