Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət edən Həsən Həsənov ona məxsus evdən oğurluq olunması barədə məlumat verib.
Gününsəsi.info xəbər verir ki,rayon polis idarəsinin əməliyyatçılarının keçirdikləri keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İbrahimov Kamran mehman oğlu, Məmmədov Anar Eldəniz oğlu, Usubov Orxan Xanoğlan oğlu və onun əmisi oğlu Usubov Ramid Gülverdi oğlu saxlanılıb. Onlar şikatətçi Həsənov Həsənin evindən televizor, elektrik qızıdırıcısı, dvd cihazı,geyim əşyaları oğurlayıblar.Hüquq mühafizə orqanı əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki dəstə üzvləri bu günə qədər binəqədi rayonu, sulutəpə qəsəbəsində və biləcəri qəsəbəsində 4-5 vətəndaşın evindən oğurluq ediblər. Saxlanılan şəslər oğurluq yolu ilə əldə etdiyi məişət avadanlıqlarını dəyərindən ucuz qiymətə satıblar. Polis dəstə üzvlərinin oğurlayıb satdığı bütün avadanlıqları mağazalardan aşkar edərək götürüb. Polis onların başqa rayonlarda da bənzər cinayət törətməsini istisina etmir. Faktla bağlı cinayət işi başlanıb.
Gününsəsi.info