Bakıda orta aylıq əməkhaqqı 9 faiz artıb

2025-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artıb.(APA)

Gununsesi.info