Bakıda orta aylıq əməkhaqqı AÇIQLANDI

  • By admin
  • 24 Fevral 2024 16:43

2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 183 manat olub.

Bu barədə Gununsesi.info Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci illə müqayisədə 6,8 % çoxdur.

Xatırladaq ki, 2023-cü ilin ilkin məlumatlarına əsasən Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilə nisbətən 11,2 % artaraq 933,8 manata çatıb.

 

Gununsesi.info