Bakıda orta məktəbin zirzəmisindən silah-sursat tapılıb

  • By admin
  • 13 İyul 2016 15:12

silah

Bakıda orta məktəbin zirzəmisindən silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin rəsmi saytı xəbər verir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşları 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürüb.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info