Bakıda Orxan Əsgərovun yas mərasimi keçirilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.

Gununsesi.info  xəbər ki, yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.

Mərasim üçün çadırlar qurulub.

O.Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.

Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.