Bakıda parkdan oğurluq edən şəxslər saxlanıldı

  • By admin
  • 17 Fevral 2018 16:15


Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Allahverdiyev və İsmayıl Bədəlli saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 16-na keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki parkların birindən oturacaqların metal hissələri sökülərək oğurlanıb.

Nizami RPİ 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Valeh Allahverdiyev və İsmayıl Bədəlli saxlanılıb.

Gununsesi.info