Bakıda partlayış səsləri - SƏBƏB ÜZƏ ÇIXDI

  • By admin
  • 28 Dekabr 2021 11:30

Bu gün səhər saatlarında Bakının müxtəlif ərazilərində eşidilən partlayış səsinin səbəbi məlum olub.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı paytaxtın bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir.

“Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur”, – məlumatda qeyd edilib.

Gununsesi.info