Bakıda piyadanı maşın vurdu

  • By admin
  • 12 May 2021 23:00

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Hacıyeva Ceyhunə Sahib qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub .

Gununsesi.info