Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

  • By admin
  • 19 Mart 2020 20:56

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlkin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Gununsesiaz.info xəbər verir ki, cinayət işi baxılması üşün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. İ.Məmmədov idarə etdiyi avtomobillə yolu keçmək istəyən 51 yaşlı Məmişov Asif Hüsən oğlunu vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

İ.Məmmədova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

 

Gununsesiaz.info