Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.
Gununsesi.info xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.
Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.