
Bakının Binəqədi rayonu 9-cu mikrorayonda Murad Ramazan oğlu Əliyev qətlə yetirilib.
Gununsesi.info “apa”ya istinadən xəbər verir ki, Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşı olub.
Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə Murad Əliyev qardaşı Əli Ramazan oğlu Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Ə. Əliyev hadisəni törətdikdən sonra qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info









