Bakıda “Prius” aşıb: Ölən və yaralanan var

Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

HTML tutorial

“Toyota Prius” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə maşını əvvəlcə ağaca, daha sonra mağazaya və yol nişanına çırpıb. Zərbənin gücündən avtomobil aşıb, sərnişin – 1991-ci il təvəllüdlü Arif Rəhimli ağır bədən xəsarətləri alıb. Digər sərnişin isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.

Qəzanı törədən sürücü saxlanılıb.