Bakıda “Prius” markalı avtomobili düzgün park etməyən sürücünü cəzalandırdılar -FOTO

Bakıda avtomobili düzgün park etməyən sürücü fərqli cəzalandırılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. “Toyota Prius” markalı avtomobilin sahibi maşını şadlıq saraylarından birinin qarşısında, zibil qutularının yanında saxlayıb.

Bu isə sakinlərin zibil tullantılarını atmasını çətinləşdirib.

Nəticədə sakinlər tullantılarını elə avtomobilin üstünə atıblar.

Gununsesi.info