Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində vəfat edib.
Gununsesi.info-nun Lent.az-a istinadən məlumatına görə, əslən Gəncədən olan və Xəzər rayonunda yaşayan 1993-cü il təvəllüdlü Bənicəlali Sənan Əliağa oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edib. Şok vəziyyətində reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
S.Bənicəlalinin zəhərləndiyi ehtimal edilir. Bildirilir ki, bir neçə gün əvvəl o, Maştağadakı 1 nömrəli Ruhi-Əsəb Dispanserində müalicə olunubmuş.
Araşdırma aparılır.
Gununsesi.info